YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir

“Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu prosesdə sənaye parklarının yaradılması mühüm rol oynayır. Onun sözlərinə görə, sənaye parklarının yaradılmasında məqsəd qeyri-neft sənayesi sahələrinin inkişafını, qabaqcıl texnologiyalara əsaslanan rəqabət qabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasının təmin edilməsidir.

“Bütün bunlar göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir”-deyə, R.Əliyev vurğulayıb.