YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mao Biao: Azərbaycan Çinin yaxın dostudur

Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Xalq Respublikasının Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Mao Biao noyabrın 4-də Bakıda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşündə Azərbaycanın Çinin yaxın dostu olduğunu deyib. O, rəsmi Pekinin ölkəmizlə münasibətlərə hər zaman böyük önəm verdiyini bildirib.

M.Biao səfərinin məqsədinin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafına töhfə vermək olduğunu söyləyib. O, humanitar sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın Çin ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Həm Azərbaycanın, həm də Çinin sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu deyən Z.Əsgərov diqqətə çatdırıb ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, elm, təhsil, səhiyyə, turizm sahələrində əlaqələri daha da dərinləşdirmək üçün kifayət qədər potensial var.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. O deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur.

Mao Biao Çinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını xatırladıb. O, rəsmi Pekinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.