YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Mayın 25-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.  

Konfransı açan YAP İmişli rayon təşkilatının Səfa Ağayev gənclərin partiyadakı rolundan, onların fəallığından danışıb.

Tədbirdə YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri Ziya Paşayev hesabat dövrü ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, təşkilat ötən konfransdan keçən dövr ərzində bir sıra tədbirlər, layihələr həyata keçirib. Z.Paşayev deyib ki, gənclər ictimai-siyasi proseslərdə də fəal iştirak edublər.

Konfransda çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyеvin qarşıya qoyduğu vəzifələri şərəflə yеrinə yеtirmək üçün var gənclər bundan sonra da qüvvə ilə çalışacaqlar.  

Konfransda çıxış edən Bakı Mühəndislər universitetinin reektoru, professor Havar Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışaraq bü günkü nailiyyətlərimizin və uğurlarımızın əsas səbəbi kimi partiyamızın və onun rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsi olduğunu diqqətə çatdırıblar. Natiqlər ölkəmizin inkişafı prosesində gənclərin də yaxından iştirak etdiyini bildiriblər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Səsvermə nəticəsində Rüfət Ehtiram oğlu Muradov YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Sonra konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciəti qəbul edilib.

Sonda YAP sıralarına yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.