YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmail Alper Coşkun: İnfotur Azərbaycanın daha yaxşı tanınması baxımından çox gözəl bir təşəbbüsdür

Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin xarici ölkə səfirləri üçün təşkil etdiyi infotur çərçivəsində Şəkiyə gəlmişik. Bundan əvvəl Naxçıvanda, Qubada, Qusarda, Şahdağda olmuşuq. Hazırda qədim tarixi, gözəl təbiəti olan Şəkidəyik. Bu ekskursiya, təbii ki, Azərbaycanın daha yaxşı tanınması baxımından çox gözəl bir təşəbbüsdür.

Bu sözləri Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil edilmiş infoturun iştirakçısı, Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkun Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Bakıda yaşayıb fəaliyyət göstərdikləri üçün səfirlərin bir qayda olaraq yalnız paytaxt Bakını gördüklərini vurğulayan türkiyəli diplomat deyib: “Odlar Yurdu Azərbaycanın paytaxtı Bakı həqiqətən də çox gözəldir. Ancaq Azərbaycanımızın gözəllikləri yalnız Bakı ilə tamamlanmır. Azərbaycanın hər bir guşəsi gözəldir. Bu baxımdan, mən bu ekskursiyanın çox əhəmiyyətli və faydalı olduğu qənaətindəyəm. Bu infotur, eyni zamanda, biz səfirlərə bir yerdə olmaq imkanı verir. Biz qeyri-rəsmi şəraitdə həm söhbət edə bilirik, həm də Azərbaycanın bu gözəlliklərini görürük. Ona görə də, bu ekskursiyanın çox faydalı təşəbbüs olduğunu düşünürəm”.