YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.