YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları  Qəbələ şəhərində Ümummilli Lider Heydər Əlıiyevin abidəsi ziyarət edib, abidə önünə tər gül dəstələri qoyublar.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov konfransı açaraq YAP-ın cəmiyyətdəki rolundan bəhs edib.

Konfransda ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev çixiş edib.

Məruzə ətrafinda gənclərdən Səbinə Sabirli, Ümid Məsimov, Aytac Həmidova və Anar Şirinov çıxış ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin  15 nəfərdən ibarət Şura üzvü və 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib.

Anar Tofiq oğlu Şirinov YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eləcə də, YAP Gənclər Birliyinin konfransına nümayəndələr  seçilib.