YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Mayın 31-də Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransı YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə  hesabat məruzəsi ilə çıxış edən YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov ötən müddət ərzində gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyə, ölkə başçısının həyata keçirdiyi siyasətə dəstək olmasından bəhs edib. R.Rəhmanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıb.

Daha sonra təşkilatın  fəal üzvü Elvin Kərimov çıxış edərək YAP-ın gənclərə olan qayğısından bəhs edib.

Konfransda  Siyəzən rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət şurası, 9 nəfərdən ibarət idarə heyəti müəyyənləşib.  Elvin Qorxmaz oğlu Kərimov YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.