YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Mayın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edənlər Yeni Azərbaycan Partiyasının gənclərin qarşısında qoyduğu şərəfli və məsuliyyətli vəzifələrdən danışılıb. Həmçinin ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə məruzə dinlənilib.

Konfransda çıxış edənlər YAP Astara rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində gördüyü işlərdən, ölkəmizdə, o cümlədən Astara rayonunda sosial-iqtisadi innkişaf sahəsində qazanılmış uğurlardan, əldə olunmuş nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçib. Artıq 27 ildir ki, güclü və demokratik siyasi qüvvə olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Ulu Öndərin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.

Bildirilib ki, müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərrəqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Dünyanın əksər dövlətlərində qarşıdurmalar, siyasi çaxnaşmalar, maliyyə böhranı yaşandığı halda, Azərbaycanda mühüm beynəlxalq layihələr icra olunur, siyasi, iqtisadi, mədəni və idman tədbirləri ən yüksək səviyyədə təşkil olunaraq keçirilir.

Konfransda təşkilati məsələlərə də baxılıb. Asiman Qasımlı YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.