YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən ölkələrin coğrafiyası genişlənməkdədir

Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən ölkələrin coğrafiyası genişlənməkdədir. Budəfəki konfransa 45 ölkədən nümayəndə qatılıb.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində söyləyib.

Nazir deyib: “Dünyanın aparıcı beynəlxalq teatr təşkilatlarının rəhbərlərinin bu konfransa qatılmasını xüsusilə qeyd etməliyik. Bu təşkilatlar dünya teatr prosesinə müsbət təsir göstərir və real olaraq beynəlxalq əlaqələrin genişləndirilməsində, multikulturalizm baxımından dəyərli layihələrin gerçəkləşməsində böyük rol oynayırlar. Ona görə bugünkü konfransda məhz multikulturalizm anlamında Azərbaycan və dünya teatrının yeri və rolu haqqında çox ciddi fikir mübadiləsi aparılacaq. Konfransda 150-dən çox xarici mütəxəssislə yanaşı, Azərbaycan teatr ictimaiyyəti, tənqidçilər və tələbələr iştirak edir və onlar bu proseslərə qoşulacaqlar. Bu proses Azərbaycan teatrının beynəlxalq aləmdə yerinin gücləndirilməsinə təsir göstərəcək”.

Bundan əvvəl keçirilmiş konfranslar barədə məlumat verən Ə.Qarayev bildirib ki, Azərbaycan teatr sənəti üçün həmin tədbirlərin müsbət nəticəsi olub. Belə ki, səhnəyə qoyulmuş 23 dövlət tamaşasına teatr sənətinin müxtəlif sahələrindən 28 xarici mütəxəssis cəlb olunub. Bu artıq ənənəyə çevrilib və sözsüz ki, Azərbaycan teatrına öz töhfəsini verməkdədir.

 

DİGƏR Xəbərlər Arxiv