YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Azərbaycanın regionları da çox gözəldir

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Şəkidə jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycanın təkcə paytaxtı deyil, regionları da çox gözəldir.

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri üçün ölkəmizin şimal-qərb regionuna təşkil edilmiş infoturda iştirak edən M.Mard səfər çərçivəsində Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldığını söyləyib. O, ekskursiyanın Azərbaycanın regionları ilə daha yaxından tanışlıq baxımından önəmini qeyd edib. Diplomat deyib: “Təbii ki, Azərbaycan barədə tam və dolğun məlumat almaq üçün yalnız paytaxt Bakını deyil, ölkənin bütün regionlarını tanımaq lazımdır. İlk dəfədir Şəkidəyəm. Bura çox gözəldir. Sadəcə, bu gözəlliyi görmək və duymaq lazımdır”.

 

DİGƏR Xəbərlər Arxiv