YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Gələn il Azərbaycanda 6 sıxılmış qaz stansiyası tikiləcək

“Azəriqaz” İstehsalat Birliyi bir neçə şirkətlə birgə 2015-ci il ərzində Bakıda və ətraf rayonlarda 6 sıxılmış qaz stansiyası (CNG Gas Station) inşa edəcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
“Gələcəkdə bu stansiyaların sayının artırılaraq ölkə üzrə hər 180 kilometrdən bir quraşdırılması nəzərdə tutulur. Bu stansiyalar həm iqtisadi, həm də ətraf mühitin qorunması və ekoloji baxımdan çox effektlidir” – deyə ARDNŞ-in prezidenti qeyd edib.