YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan hər zaman sülh tərəfdarıdır və münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışır

“Ermənistanın cəbhə bölgəsində atəşkəsi pozması təxribatçı hərəkətlərdir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, hazırda Ermənistanın daxilində ictimai-siyasi vəziyyət qeyri-sabitdir. Ermənistan hakimiyyətinin ölkədaxili qarşıdurmanı cəbhə boyunca ötürərək fikirləri yayındırmağa çalışdığını deyən millət vəkili qeyd edib ki, düşmən hər zaman bu üsullara əl atır. Onun sözlərinə görə, belə məqamlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlı yanaşması təəssüf doğurur.

“Həmsədr dövlətlər illərdir ki, Ermənistanın cəbhə bölgəsində mövqelərimizin atəşə tutulmasınını sükutla qarşılayırlar. Təəssüf ki, onlar işğalçı dövlətə qarşı ciddi addımlar atmırlar. Azərbaycan tərəfi hər zaman sülh tərəfdarıdır və münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində  həll olunmasına çalışır. Ölkə Prezidenti, Ali Baş Komandan işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması üçü qətiyyətli siyasət həyata keçirir. Əgər sülh danışıqları nəticə verməsə, dövlətimiz istənilən yolla torpaqlarımızı işğaldana azad edəcək”-deyə, E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv