YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Forum Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından böyük əhəmiyyət daşıyır

“Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu dünya memarlarının fəaliyyətinə dair müzakirələrin aparılması baxımından çox əhəmiyyətli tədbirdir. Bu tədbirin digər əhəmiyyəti isə Azərbaycan mədəniyyətinin, tarixi və müasir memarlıq abidələrinin dünyaya tanıdılmasından ibarətdir.

Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib.

Ə.Qarayev əmin olduğunu bildirib ki, bu Forum Azərbaycan memarlıq məktəbinə öz müsbət təsirini göstərəcək: “Belə tədbirlərin reallaşdırılması Azərbaycan memarları ilə dünya memarları arasında əlaqələrin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.