YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İmişli rayon təşkilatında “Nəsimi ili”nə həsr olunmuş şer müsabiqəsi keçirildi

YAP    İmişli  rayon  təşkilatı   Azərbaycanın   böyük  şairi  və  mütəfəkkiri  İmadəddin    Nəsiminin    650   illiyi   münasibətilə   rayon      ümumutəhsil məktəbliləri arasında şer müsabiqəsi keçirmişdir.

Tədbiri giriş sözü ilə YAP İmişli  rayon təşkilatının sədri Səfa Ağayev açaraq   bildirdi ki,  Azərbaycan   Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  görkəmli  Azərbaycan  şairi  və  mütəfəkkiri  İmadəddin   Nəsiminin 650   illik  yubileyi ilə əlaqədar  2019-cu il  “ Nəsimi ili ” elan  edilmişdir. Bu   şairə verilən   dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına verilən  böyük   diqqətin  nəticəsidir.

Tədbirdə iştirak edən  rayon təhsil şöbəsinin müdiri Ələmdar Quliyev və  digər  natiqlər də   çıxışlarında İmadəddin Nəsiminin öz əsərlərində dövrün mütərəqqi   fikirlərini   tərənnüm   etdirdiyini, böyük  Nizaminin Şərq  ədəbiyyatına  gətirdiyi  qabaqcıl ideyaları davam və inkişaf etdirərək öz amalı  uğrunda  yorulmadan  mübarizə  aparan  və  bu yolda  mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu qeyd etmişlər.

Sonda  müsabiqə  iştirakçılarının  qalibləri  fəxri fərmanla təqdim  olundu  və  qiymətli  hədiyyələrlə  mükafatlandırildılar.