YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann paytaxtımızda gördüyü dinamik inkişaf proseslərinin nümayəndə heyəti üzvlərinə dərin təəssürat bağışladığını bildirdi. Qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.

Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.