YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatında Nəsimi ili çərçivəsində bədii qiraət müsabiqəsi keçirilmişdir

YAP Ağcabədi rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai- fəlsəfi şerləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilmişdir.

YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilir və  müsabiqədə Nəsiminin şerləri ifa  olunacaqdır.

Müsabiqənin qalibləri Fəxri Fərman və hədiyyələrlə mükafatlanacaq  və Respublika  müsabiqəsində iştirak edəcəklər.

Gərgin keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən Kəhrizli kənd tam orta məktəbin XI  sinif şagirdi Xədicə Məmmədova I, Sarıcalı kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əliyeva II, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Nəzrin Məmmədova III yerə layiq görülmüşlər.

 

                  

 

DİGƏR Xəbərlər Arxiv