YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub

“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Son illər mətbuatımızın inkişafı ilə bağlı ciddi addımlar atılmaqdadır. Amma bəzi beynəlxalq qurumlar öz rəylərində ölkəmizdəki mövcud vəziyyəti düzgün əks etdirmir”. Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, həmin təşkilatlar dünya ölkələrində mətbuat azadlığı haqqında reytinq cədvəli hazırlayarkən bu prosesin hansı faktlara əsasən müəyyənləşdirildini dəqiq bilmək olmur. Söhbət “Fredoom House” kimi təşkilatların hesabatlarından gedir. Bu təşkilatların hesabatlarında elə ölkələr ön yerdə olur ki, buna təəccüblənməmək mümkün deyil.

Ə.Amaşov qeyd edib ki, belə hesabatlarda azadlıq baxımından ciddi problemi olan dövlətlər Azərbaycandan və digər ölkələrdən reytinq baxımdan irəlidədir. Bu cür rəylərin real vəziyyəti əks etdirmədiyini deyən Mətbuat Şurası sədrinin fikrincə, belə hesabatlar daha sox siyasi xarakter daşıyır.

DİGƏR Xəbərlər Arxiv