YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı “15 İyun – Milli Qurtuluş Günü” münasibəti ilə Neft Daşları qəsəbəsində tədbir keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “15  İyun – Milli Qurtuluş Günü”  ilə əlaqədar Neft Daşları qəsəbəsində tədbir keçirib.

Azərbaycanın Dövlət Himnin səslənməsindən və Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmin nümayişindən sonra tədbirin rəsmi hissəsini açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşklatının sədri Hikmət Şikarov çıxışında qeyd  etdi ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur: “Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi ümumiyyətlə, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı. Bildiyiniz kimi 1990-cı illərin əvvəlində respublikada vəziyyət çox ağır idi. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlamızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olurdu. Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn ulu öndər Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri- qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələrin xalqın dəstəyi ilə zərərsizləşdirdi.” 

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf  Əliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər Azərbaycan xalqının gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub. Bu hadisələrlə zəngin belə günlərdən biri 1993-cü ilin 15 iyun tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə sadəcə bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının üzvü, Səhiyyə  Komitəsinin üzvü İlham Məmmədov çıxışında qeyd etdi ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan “15  İyun – Milli Qurtuluş Günü”  ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I  müavini Vəzir Səfixanov çıxışında qeyd etdi ki, ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik  yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki, ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu.

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Ordu quruculuğu sahəsində apardığı islahatlardan, cəbhə xəttində ordumuzun vətənpərvərlik ruhunun yüksəlməsini öz çıxışında qeyd etdi.

Neft Daşları NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra neft sənayemizin inkişafını öz çıxışında qeyd etdi.

Bir qrup Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatının fəallarına  Yeni Azərbaycan Partiyası  Pirallahı rayon təşkilatı sədrinin 12 iyun 2019-cu il tarixli 10 №-li Sərəncamına əsasən Fəxri Fərmanlar təqdim olunduqdan sonra  tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdi.

 

 

 

 

 

                             

          

 

DİGƏR Partiya xəbərləri Arxiv