YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalılar Azərbaycanı ən yaxın dostlarından biri hesab edirlər

Rusiyalılar Azərbaycanı öz ölkələrinin ən yaxın dostlarından biri hesab edirlər.

Rusiyanın “Levada-sentr” tədqiqat təşkilatının məlumatları bu qənaətə gəlməyə əsas verir.

Belarusu, Qazaxıstanı, Azərbaycanı və Ermənistanı özlərinə ən yaxın dostlar hesab edən rusiyalıların sayı get-gedə artır.

Azərbaycanı bu siyahıya daxil edən respondentlərin payı son bir ildə 8 faizdən 16 faizə yüksəlib.

Rusiyaya düşmən kimi baxan ölkələrin ilk üçlüyü il ərzində dəyişməyib. Bu ölkələr ABŞ, Ukrayna və Böyük Britaniyadır. Lakin ABŞ və Ukraynanı düşmən hesab edən rusiyalıların payı kəskin azalaraq, müvafiq surətdə 78 faizdən 67 faizə və 49 faizdən 40 faizə enib.

 

DİGƏR Xəbərlər Arxiv