YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kürdəmir rayon təşkilatı Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirib

YAP  Kürdəmir  rayon təşkilatı Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə   həsr olunmuş bədii qiraət müsabiqəsi keçirib.

Tədbirdə YAP Kürdəmir   rayon təşkilatının sədri Ağali   Kərimli  çıxış edərək bildirdi ki, Azərbaycan   Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  görkəmli  Azərbaycan  şairi  və  mütəfəkkiri İmadəddin  Nəsiminin 650 illik yubileyi ilə əlaqədar  2019-cu il  “ Nəsimi ili ” elan  edilmişdir. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Ölkə ictimaiyyəti "Nəsimi İli" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsini bütün platformalarda müzakirə edir və geniş səpkidə tədbirlər reallaşır. 

YAP Kürdəmir  rayon təşkilatı tərəfindən keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Yaradılmış münsiflər heyətinin iştirakı ilə iştirakçılar dinlənildi.Səsləndirilən əsərlərdə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu bir daha öz ifadəsini tapıb. İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.

Münsiflər heyətinin üzvləri Kürdəmir rayon Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin direktoru Nəsibə Hidayətova, Kürdəmir Regional Mədəniyyət İdarəsi   N.Nərimanov adına mədəniyyət mərkəzinin  direktoru  Sevinc Həsənova,  Kürdəmir  şəhər 3 saylı  tam orta məktəbin  dil - ədəbiyyat müəllimi  Günəş Xudiyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nazim Çıraqov, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin Aran şöbəsinin müdiri Yaqut  Əşrəfova , YAP Kürdəmir rayon təşkilatının baş  məsləhətçisi  Məhəmməd  Heydərli, Kürdəmir rayonu Bağman kənd tam orta  məktəbinin  dil-ədəbiyyat müəllimi  Xalid Bayramov,  hər bir iştirakçı haqqında fikirlərini bildirdilər. 

Münsiflər heyətinin qərarı ilə Şəhər 3 saylı tam orta məktəbinin   şagirdi Abdullayeva Sahilə Fərman qızı  birinci, Şəhər 1 saylı tam orta məktəbinin  şagirdi Heydərova Təranə İsrafil qızı ikinci, Atakişili kənd tam orta məktəbinin şagirdi Kərimova Natavan Ramiq qızı  üçüncü yerə layiq görülüblər . Onlar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər YAP Kürdəmir rayon təşkilatı tərəfindən  fəxri fərman və və  qiymətli  hədiyyələrlə  mükafatlandırılıblar.