YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 14-də Yeni Azərbaycan Partiyasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyu Milli Qurtuluş Gününün  Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Onun sözlərinə görə, o dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmişdi, o zamankı hakimiyyət Azərbaycan üçün təhlükə mənbəyi idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunlar Azərbaycan cəmiyyətini çox ciddi narahat edirdi.

Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Daha sonra şıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə  Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar məruzə ilə çıxış edib.