YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub

Azərbaycan Ordusunda 2013-cü ildən həyata keçirilən islahatlar uğurla davam etdirilir. Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub.

Bunu iyunun 18-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2018-ci ildə beş hərbi şəhərcik istifadəyə verilib. Bu il isə ona yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində ordunun yeni silah və texnikalarla təchizatı, infrastrukturun yenilənməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər görülür.

Yeni silahların alınması üçün iş aparıldığını vurğulayan nazir bildirib ki, bu il Azərbaycan Ordusunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də tədbirlər davam etdiriləcək. Müasir komanda-idarəetmə sistemi qurulur.