YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur

2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistanın bütöv bir ordusunu darmadağın etdi.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib: “Azərbaycan Ordusu bu qələbəni hər an təkrarlamağa hazırdır. Müharibəni hərbçilər başlamırlar, icra edirlər. Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur. Ordumuz daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığını daim artırır. Ermənistan isə bu baxımdan çox zəifdir. Aprel döyüşlərindən sonra Serj Sarkisyan özü bildirdi ki, “biz 80-ci illərin istehsalı olan silahlarla döyüşürdük”. Onda sual olunur, bəs necə oldu, deyirdiniz ki, “bizim güclü ordumuz var?”.