YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Belə mövqe Uorlikin sülh vasitəçisi missiyasına kölgə salır

«Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin bir sıra hallarda öz mandatına uyğun hərəkət etməməsi təəssüf doğurur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Əgər hüquq mühafizə orqanlarının kimlərəsə sualları varsa diplomatlar bu məsələdə Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Heç bir səfirlik ölkənin daxili işlərinə müdaxilə etməməlidir». Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

Deputat bildirib ki, səfirlər ölkədaxili məsələlərə münasibət bildirməzdən əvvəl düşünməlidirlər. “Səfirlər danışmazdan əvvəl nəzərə almalıdırlar ki, təmsil etdikləri ölkənin xalqı ilə bizim xalq arasında isti və səmimi münasibətlər var. Onların bu hərəkətləri bəzən bu isti münasibətlərə gölgə salır.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin son açıqlamalarına toxunan F. Muradov bildirib ki, onun irəli sürdüyü arqumentlər heç bir fakta söykənmir. “Uorlikin ermənilərə sevgisini başa düşürəm. Lakin onun səsləndirdiyi fikirlər Qarabağla bağlı aparılan danışıqlarda Uolrikin sülh vasitəçisi missiyasına kölgə salır. Biz ümid edirik ki, belə şəxslər Azərbaycan –ABŞ əlaqələrinə xələl gətirə bilməz”.

DİGƏR Xəbərlər Arxiv