YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlhami Quliyev: Hərbi qulluqçuların maaşlarının artırılması hərbçilərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncamı biz hərbçilərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Bu sözləri  Hərbi Dəniz Qüvvələrinin zabiti, 3-cü dərəcəli kapitan İlhami Quliyev deyib.

Hərbi Dəniz Qüvvələrinin bütün şəxsi heyətinin Ali Baş Komandanın bu Sərəncamına görə çox sevincli olduğunu bildirən İ.Quliyev qeyd edib: “Nəinki hərbi qulluqçuların özləri, hətta onların ailə üzvləri, yaxın qohumları da buna görə çox sevinirlər. Bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Bu Sərəncam bizim sosial-məişət şəraitimizi daha da yaxşılaşdıracaq, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə çox böyük təkan verəcək. Biz hərbi qulluqçular üçün ilk sırada Vətənə xidmət, onu qorumaq dayanır. Bu Sərəncam bizim üzərimizə qoyulmuş məsuliyyəti bir daha artırır. Bundan sonra da biz hərbçilər göstərilən etimadı doğrultmağa, daha nümunəvi xidmət aparmağa, Vətəni qorumağa hər an hazırıq”.

 

DİGƏR Xəbərlər Arxiv