YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Bayramov: DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulur

Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq əmək pensiyalarının və müavinatların əhəmiyyətli dərəcədə artırılması üçün DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulub.

Bu sözləri maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Azər Bayramov qeyd edib ki, ölkədə minimum əməkhaqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqları üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabrdan nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə təxminən 350 milyon manat vəsaitin daxil olunacağı proqnozlaşdırılır. Həmin vəsaitin də 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək.