YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışaraq, bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Təşkilat sədri eyni zamanda, qeyd edib ki, Laçın rayon təşkilatının təşkilatçılığı və rayonun ümumtəhsil məktəbləri və mədəniyyət müəssisələri ilə birlikdə ictimai-fəlsəfi şeirləri ilə Azərbaycan ədəbiyyatında xüsusi yer tutan, klassik mütəfəkkir, şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi keçirilib.

Münsiflər heyəti tərəfindən müsabiqə iştirakçılarının qiymətləndirilməsi aparılaraq, üçüncü, ikinci və birinci yerlərin qalibləri müəyyənləşdirilib. Tədbirdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.