YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın İcra Katibliyində partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

İyunun 21-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial həyatında baş verən mühüm dəyişikliklər haqqında geniş məlumat verdi. Əli Əhmədov qeyd etdi ki, ictimai-siyasi həyatda sabitliyin möhkəmlənməsi ilə bərabər iqtisadi inkişaf uğurla davam etməkdədir və ümumi iqtisadi inkişafın artım tempi yüksəlir.

Baş nazirin müavini Prezident İlham Əliyevin  insanların rifahının yüksəlməsi naminə atdığı addımların cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir.

YAP Sədrinin  müavini Əli Əhmədov vurğuladı ki, Azərbaycanın qazandığı möhtəşəm uğurlar hər bir vətəndaşımıza sevinc və qürur hissi bəxş edir. Lakin çox təəssüf ki, bu nailiyyətləri gözü götürməyən qüvvələr də vardır. Buna görə də hər bir Azərbaycan vətəndaşı, o cümlədən partiyamızın üzvləri həyata keçirilən dövlət siyasətinin uğurlarını daha geniş şəkildə təbliğ etməlidirlər.

YAP Sədrinin müavini-İcra katibi  Əli Əhmədov həmçinin, partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

 

DİGƏR Partiya xəbərləri Arxiv