YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir

“Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək”. Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

V.Bayramov  bildirib ki, minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir edəcək. Praktik olaraq bu, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək. Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir.

“Digər tərəfdən, minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətimizin başçısının diqqət mərkəzindədir. Həmin qərar, eyni zamanda, sosial sferada dövlət siyasətindən faydalananların sayının artmasına səbəb olacaq. Bundan dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Bu kontekstdən mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar bu qərardan faydalanmış olacaq. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardandır. Bu, bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir. 2019-cu ildə minimum əməkhaqqının artırılması da birmənalı şəkildə bundan xəbər verir”-deyə, iqtisadçı ekspert qeyd edib.

DİGƏR Xəbərlər Arxiv