YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur

“Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir”. Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər sayəsində bu gün ölkənin bütün sahələrində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Akademik qeyd edib ki, Prezidentin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur.

“Biz elm və təhsil işçiləri bundan sonra daha da səylə çalışacağıq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək”, - deyə İ.Həbibbəyli vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv