YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gizir İbrahim Məmmədov: Ali Baş Komandanın bu Sərəncamı bizim sosial-məişət şəraitimizi daha da yaxşılaşdıracaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz adımdan və xidmət yoldaşlarım adından hərbi qulluqçuların vəzifə maaşlarını artırdığına görə təşəkkürümü bildirirəm. Hərbçilərin sosial-məişət şəraitini daha da yaxşılaşdıracaq Sərəncam dövlətimizin başçısının bizə olan diqqət və qayğısının təzahürüdür.

Bu sözləri cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edən gizir İbrahim Məmmədov bildirib.

İbrahim Məmmədov deyib: “Ön xətdə xidmət etməyimlə hər zaman qürur duyuram. Səngərin nə olduğunu mən də yaxşı bilirəm. Biz hər zaman Ali Baş Komandanın döyüş əmrini icra etməyə və işğal altındakı torpaqlarımızı düşməndən təmizləməyə hazırıq. Tərxis olunduqdan sonra da xidmətimi davam etdirmək istədim. İstəyimi nəzərə aldılar. Mənə təhsil almaq üçün şərait yaradıldı. Yenə ön xətdə xidmət edirəm. Ötən il Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar təsdiqlədi ki, ordumuz güclüdür, qüdrətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Mən fəxr edirəm ki, belə bir ordunun hərbi qulluqçusuyam. Biz 2016-cı ildə Lələtəpə, Bayraqtəpə, 2018-ci ildə Günnüt zəfərlərini qazanan hərbi qulluqçuların davamçıları olacağıq. Bu, bizim hər birimizin hərbi xidmət amalımızdır”.