YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Neft Daşlarında daha 35 il neft çıxarılacaq

Dövlət Neft Şirkətinin geoloqlarının həyata keçirdikləri tədbirlər Neft Daşlarında uzun illər aşağı tempdə olan neft hasilatının yüksəlməsinə və buraya ikinci nəfəs verilməsinə səbəb olacaq. Neft Daşlarında daha 35 il neft çıxarılacaq. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib. R.Abdullayev bildirib ki, yeni investisiya planlarına əsasən Neft Daşlarında hasilatın 1 milyon tona çatdırılması, gələcəkdə isə iki dəfəyədək artırılması nəzərdə tutulur.