YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın İcra Katibliyində partiyanın Yasamal və Nəsimi rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

İyunun 27-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Yasamal və Nəsimi rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. 

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycanın dinamik inkişafının uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının dəfələrlə artması, əhalinin rifah halının xeyli yaxşılaşması bu inkişafın əsas göstəriciləridir.

Azərbaycanın inkişafını, daha da güclənməsini gözü götürməyən qüvvələr olduğunu da deyən Əli Əhmədov həmin dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyaları apardığını bildirib. O qeyd edib ki, hər bir vətəndaş, o cümlədən partiyamızın üzvləri bu kampaniyalara qarşı tutarlı cavablar verməli, həmin dairələrin əsl niyyətlərini ifşa etməlidirlər. 

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, həmçinin partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.