YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın İcra Katibliyində partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin və gənclər birliklərinin sədrlərinin iştirakı ilə müşavirə keçirilib

İyunun 28-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin və gənclər birliklərinin sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

 Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını  bildirib.

Əli Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların rahat və təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir.

YAP Sədrinin müavini onu da diqqətə çatdırıb ki, partiyamızın üzvləri, o cümlədən gənclər  Azərbaycanın uğurlarını ictimaiyyət arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafını gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, həmçinin partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

DİGƏR Partiya xəbərləri Arxiv