YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ötən müddət ərzində bələdiyyələr öz fəaliyyətlərini xeyli təkmilləşdiriblər

«Azərbaycanda bələdiyyələr müəyyən inkişaf yolu keçib. Bu müddət ərzində onlar öz fəaliyyətlərini xeyli təkmilləşdiriblər». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, növbəti bələdiyyə seçkilərinə az bir  vaxt qalır. Onun sözlərinə görə, ötən illərdə yerli özünüidarəetmə institutu əhali tərəfindən maraqla qarşılanıb və cəmiyyətdə özünü təsdiq edib.

«Məhz bunun nəticəsidir ki, qarşıdan gələn bələdiyyə seçkilərinə maraq böyükdür. Seçkilərdə namizədliyi rəli sürənlər arasında ali təhsillilər, gənclər və qadınlar üstünlük təşkil edir. Təbii ki, bu amil bələdiyyə institutunun cəmiyyətdə artan nüfuzunun göstəricidir. Hesab edirəm ki, qarşıdakı illərdə bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafına daha böyük töhfələr verə biləcək»- deyə, komitə üzvü qeyd edib.