YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“DESFA” şirkətinin səhmlərinin ARDNŞ tərəfindən alınması prosesi tamamlanmaq üzrədir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində noyabrın 10-da bu ölkənin Baş naziri Antonis Samarasla görüşüb.

 Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv