YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

İyulun 2-də Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfransda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, təşkilatın gənc fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev hesabat dövrü ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. Azər Əliyev qeyd edib ki, YAP Ağdam rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Belə ki, təşkilat müxtəlif layihələr reallaşdırıb, tədbirlər keçirib və ictimai-siyasi proseslərdə fəal iştirak edib.

Əli Məmmədov, Elnur Əhmədov, Mətanət Misirxanova və Baxşeyiş Hətəmov  hesabat məruzəsi ətrafında çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.

Konfransda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edib. Qeyd olunub ki, güclü və demokratik siyasi qüvvə olan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Çıxışlarda Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından bəhs olunub.

Konfransda təşkilati məsələlərə baxılıb. Baxşalıyev Şirxan Məhəmməd oğlu YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri, Vasif Həsənov və Rauf Bəxtiyarlı isə sədr müavinləri seçiliblər. Təşkilatın Gənclər Birliyinin 9 nəfərdən ibarət İdarə Heyəti, 17 nəfərdən ibarət Şurası seçilib. Həmçinin YAP Gənclər Birliyinin V konfransına nümayəndələr müəyyənləşib.

 

DİGƏR Partiya xəbərləri Arxiv