YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Raşida Dati: Azərbaycanın yaxın dostu olmaqdan qürur duyuram

Parisin VII rayonunun meri xanım Raşida Dati Fransada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti ilə görüşündə Azərbaycanın yaxın dostu olmaqdan qürur duyduğunu söyləyib. Azərbaycan nümayəndə heyəti Parisin VII rayonunda ilk görüşünü abadlaşdırma, təmizlik və su idarəsinin direktoru Patrik Jofrey ilə keçirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov səfərin Avropanın qabaqcıl ölkələrinin, o cümlədən Fransanın şəhərsalma və şəhər təsərrüfatının idarə olunması sahəsindəki təcrübəsi ilə yaxından tanışlıq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi daşıdığını diqqətə çatdırıb. Azərbaycanda son illər şəhər təsərrüfatının inkişaf etdiyini, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını, yeni infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayan V.Bağırov bir çox şəhər və rayonlarda içməli su təminatı və kanalizasiya layihələri həyata keçirildiyini, bu layihələrin reallaşmasında fransız şirkətlərinin də iştirak etdiyini, Azərbaycanla Fransa arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib. Rəhbərlik etdiyi idarənin fəaliyyəti barədə azərbaycanlı qonaqlara məlumat verən Patrik Jofrey Parisin bu rayonunda üç milyon yarımdan artıq insanın yaşadığını, il ərzində şəhərə 32 milyon turistin gəldiyini və bunun da öz növbəsində təmizliyə ciddi təsir göstərdiyini qeyd edib. Bildirib ki, onların əsas vəzifələrindən biri suyun idarə olunması, çirkli suların təmizlənməsi, eyni zamanda küçələrin təmizliyini daim nəzarətdə saxlamaqdır. Təkcə təmizlik işləri ilə 7 min işçi məşğul olur. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşdə Fransanın ictimai-siyasi həyatı, ölkələrimiz arasında əməkdaşlıq haqqında söhbət açılıb. Səfir Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Parisdə, eləcə də 20-dək regionda “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin həyata keçirildiyi, müxtəlif konsertlər və sərgilər təşkil olunduğu, bu işin gələcəkdə də davam etdiriləcəyi barədə məlumat verib. Səfərin sonuncu günü Parisin VII rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Raşida Dati ilə körüş keçirilib. Mer bu cür səfərlərin hər iki ölkəni daha yaxından tanımaq baxımından mühüm əhəmiyyət daşıdığını, Azərbaycanın yaxın dostu olmaqdan qürur hissi keçirdiyini vurğulayıb. Raşida Dati rəhbərlik etdiyi quruma verilən səlahiyyətlər, onların üzərinə düşən vəzifələr, görülən işlər, perspektiv planlarla bağlı azərbaycanlı qonaqları ətraflı məlumatlandırıb. Rayonun ərazisində yerləşən təhsil ocaqları ilə Azərbaycan məktəbləri arasında dostluq əlaqələri qurulmasının və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Paris ətrafındakı qəbiristanlıqda əbədiyyətə qovuşmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun və həmin dövrdə nəşr olunan “Azərbaycan“ qəzetinin baş redaktoru Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib.


 

DİGƏR Xəbərlər Arxiv