YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qaradağ rayon təşkilatının gənc fəalları rayonda yaşayan aztəminatlı ailələrə dəstək göstəriblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin aztəminatlı ailələlərə sosial dəstək aksiyası davam edir. Bu gün aksiya çərçivəsində YAP Qaradağ rayon təşkilatının gənc fəalları da rayonda yaşayan bir neçə aztəminatlı ailəyə baş çəkib, onlara dəstək göstəriblər. Aksiyada iştirak edən YAP-ın gənc fəalları bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşalara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Qeyd olunub ki, ilin əvvəlindən bəri ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Bu sırada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müvinətlərin artırılması və digər bu qəbildən olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır.

Xüsusilə qeyd olunub ki, öz fəaliyyətində hər zaman xalqımızın maraqlarını rəhbər tutan, cəmiyyətdən gələn sosial sifarişlərə uyğun çoxsaylı layihələr reallaşdıran Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasətə dəstək verir, bu siyasətin daha uğurlu nəticələr verməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. YAP Gənclər Birliyinin aztəminatlı ailələlərə sosial dəstək aksiyası da vətəndaşlara yüksək qayğı, aztəminatlı ailələrin sosial şəraitinin  yaxşılaşdırılması istiqamətində görülən işlərə mühüm töfhədir.

Qeyd edək ki, aksiya çərçivəsində YAP Qaradağ rayon təşkilatının fəal gəncləri rayonun 7 qəsəbəsində - Ələt, Səngəçal, Sahil, Lokbatan, Qızıldaş, Puta və Qobustan qəsəbələrində 15-dən artıq ailəyə baş çəkib, onlara yardım göstəriblər.

 Sözügedən ailələr və rayon ictimaiyyəti YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.