YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi aztəminatlı ailələrə sosial dəstək aksiyasında iştirak edib

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası keçirilir. Aksiya çərçivəsində iyulun 4-də YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin üzvləri rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə baş çəkib. Onlara zəruri ərzaqlardan ibarət bağlamalar təqdim ediblər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir: “Yeni Azərbaycan Partiyası hər zaman sosial aksiyalar keçirir. Partiyamızın gənc üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. Bu gün YAP Gənclər Birliyinin reallaşdırdığı aztəminatlı ailələrə sosial dəstək aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir”. S.Orucov belə görüşlərin bundan sonra da davam edəcəyini deyib. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verdiyini deyən YAP Gənclər Birliyinin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır.

Məlumat üçün bildirək ki, bu aksiya çərçivəsində konkret olaraq Nərimanov rayonunda yaşayan 12 aztəminatlı ailəyə-Sahibə Vəliyeva, Raya Əliyeva, Fatimə Cəfərova, Zöhrə Əliyeva, Rima İmanova, Alla Qriqoryevna, Əsli Məhərrəmova və digərlərinin evlərinə baş çəkilib və onlara sovqat verilib.

Layihədə iştirak edən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova bildirib ki, aztəminatlı ailələr dövlət qayğısı ilə əhatə olunub. İnanırıq ki, bu sahədə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Bu gün aztəminatlı ailələrin evlərində olduq. Biz gənclər olaraq hər zaman belə xeyriyyə aksiyalarında iştirak etməyə hazırıq.

O cümlədən, Hacı Nuran aksiya iştirakçıları sırasında öz yerini alıb. Hacı Nuran YAP Gənclər Birliyinin bu sosial aksiyasını yüksək qiymətləndirərək cəmiyyətimizdə rəğbətlə qarşılanacağına inandığını bildirib. Çünki xeyirxahlıq, qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsi Prezident İlham Əliyevin siyasətində, eləcə də, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində başlıca yer tutur.

Öz növbəsində, rayon sakinləri belə xeyriyyə aksiyaların təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.