YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvləri aztəminatlı ailələrə yardım ediblər

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Xüsusilə də  ölkə  iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. 

Eyni zamanda, öz fəaliyyətində bu siyasəti rəhbər tutan Yeni Azərbaycan Partiyası da daim sosial prinsiplərdən çıxış edərək müxtəlif aksiyalar  həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfəsini verir.

Bu cür sosial tədbirlər çərçivəsində ötən gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasında  partiyanın Yasamal rayon təşkilatının Gənclər Birliyi  bir qrup kimsəsiz, əlil şəxslər və aztəminatlı ailələrlə yaşadıqları yerlərdə görüşlər keçirib, onlara zəruri ərzaq və digər məhsullardan ibarət yardım edib. 

Yasamal rayonunu əhatə edən aksiyada Xalidə Bağırova, Gülzar Əzizova, Arzu Pirimova, Bəyim Zahidova, Məmməd Sadıqov və digərləri, onların ailə üzvləri  ilə görüşlərdə Yeni Azərbaycan Partiyası tərəfindən bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib. Vurğulanıb ki, öz fəaliyyətində sosial istiqaməti prioritet qəbul edən YAP sosial-iqtisadi inkişafa yönəlik müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən kimsəsiz, əlil və aztəminatlı ailələrin daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Görüşlərdə o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlara xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.