YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatının gəncləri humanitar aksiyada iştirak edib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvləri YAP Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşularaq rayon ərazisində yaşayan şəhid ailələrinə, əlillərə və tənhalara sovqat paylayıblar.

Aksiya çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan ailələrlə görüşüb, onların vəziyyəti ilə maraqlanıblar.
Gənclər eyni zamanda, tənha yaşayanların ev işlərində də köməklik ediblər, təmizlik işləri görüblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının gəncləri tez-tez bu cür xeyriyyə tədbirləri keçirir, diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və lazımi dəstək verirlər.

 

DİGƏR Partiya xəbərləri Arxiv