YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib

İyulun 6-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və YAP fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin  müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixinin çox mühüm dönüş nöqtələrindən biri 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyə gəlməsidir. Artıq bu hadisəinin  50 ili tamam olur. «Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi hadisələrin sonrakı gedişinin də göstərdiyi kimi, sadəcə olaraq bir respublikaya rəhbər dəyişikliyinin həyata keçirilməsi missiyası ilə tamamlanan tarixi hadisə deyildi, bu, daha böyük bir yanaşmanın özünəməxsus ifadəsi idi» söyləyən Əli Əhmədov qeyd edib ki, o zaman keçmiş ittifaqda yaranmış ənənəyə görə xüsusi partiya elitası formalaşmışdı ki, respublikalara rəhbərlik edilməsi missiyası bu insanların içərisindən seçilmiş adamlara həvalə edilirdi: «Digər sahələrdən, o cümlədən hüquq-mühafizə, təhlüksəizlik  orqanlarından partiyaya, ölkə rəhbərliyinə gətirilmək praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə 1969-cu ildə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyirdi. Bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsi əslində yeni bir yanaşmanın, yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun başqa səbəbi təbii ki, Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri ilə bağlı idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəlki vəzifələrdə işləməsi ilə kifayət qədər sübut etmişdi».

YAP Sədrinin müavini qeyd edib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsinin sonrakı dövründə hadisələrin gedişi nəticəsində təsdiqini tapan digər mühüm xüsusiyyət ondan ibarət idi ki, bu addım öz müsbət təcrübəsini göstərdi: «Sonralar Sovet İttifaqının digər respublikalarında da bu praktika tətbiq edilməyə başladı. Xatırladım ki, 1971-ci ildə Gürcüstanda daxili işlər naziri vəzifəsində işləyən Eduard Şevarnadze bu ölkənin rəhbəri və partiya komitəsinin birinci katibi vəzifəsinə gətirildi. Beləliklə, Heydər Əliyevin timsalında bu sınağın tətbiq olunması keçmiş ittifaqin bir kadr siyasətində ciddi bir yanaşmanın ifadəsi idi. Lakin Azərbaycanın müasir tarixində bu hadisənin əhəmiyyəti ondan ibarət idi ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi ölkəmizin o illərdə yaşadığı ağır iqtisadi və mənəvi, psixoloji durumunun qısa zamanda aradan qaldırılmasına ciddi əsaslar yaratmış oldu. 1960-cı illərdə Azərbaycan iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayırdı. Eyni zamanda, bir sıra mənəvi-psixoloji narahatlıq yaradan durum mövcud idi. Bunların hamısı Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi üçün ciddi əsaslar yaradırdı. Ulu Öndər Heydər Əliyev Öz şəxsi keyfiyyətlərindən irəli gələrək, vəziyyətin dəyişdirilməsi istiqamətində ciddi addımlar atdı. Sonrakı hadisələr göstərdi ki, Heydər Əliyevə bağlanan ümidlər doğruldu. Çox qısa zamanda Azərbaycan iqtisadiyyatının tənəzzülünün qarşısı alındı, iqtisadiyyatda artım müşahidə olunmağa başladı. O zaman SSRİ miqyasında 15 respublika içərisində öz göstəricilərinə görə ən geridə olan Azərbaycan bir neçə ildən sonra ən dinamik inkişaf edən respublikaya çevrildi”.

“Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixi inkişafının çox vacib parametrləri dəyişdi”-deyən, Baş nazirin müavini  bildirib ki, həmin dövrdə Azərbaycanın iqtisadiyyatı artdı, sənaye potensalı gücləndi, kənd təsərrüfatı istehsalı inkişaf etdi. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. “Azərbaycanın ərazi baxımından kiçik olmasına baxmayaraq, kənd təsərrufatının inkişafına görə ən yüksək göstəricilərə nail oldu. Azərbaycanın elm, intellektual potensialı əhəmiyyətli dərəcədə yüksəldi. Azərbaycanda bir neçə ali məktəblər yarandı. Bununla bərabər Azərbaycanın elm və intellektual potensialının gücləndirilməsi üçün çoxlu sayda Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Onlar Azərbaycanın yeni kadr potensilını formalaşdırdılar. Beləliklə, qısa müddət ərzində Azərbaycan yeni iqtisadi, sosial bir mənzərəyə sahib oldu. Azərbaycanda, eyni zamanda, Heydər Əliyevin titanik səyləri nəticəsində ölkənin simasının dəyişilməsi istiqamətində əzəmətli işlər görüldü. İstər Bakı şəhərinin, istərsə də Azərbaycanın digər regionlarının siması ciddi şəkildə dəyişdi. Bakıda mənzil tikintisi geniş vüsət aldı. Rayonlarda, kəndlərdə əhalinin yaşayışının köklü surətdə dəyişməsi istiqamətində addımlar atıldı. Elmin, texnikanın, mədəniyyətin inkişafı, Azərbaycan mədəniyyətinin SSRİ miqyasında yüksək dəyərləndirilməsi və s. kimi bir-birindən əhəmiyyətli uğurlarımız, bunların hamısı Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox böyük inkişafın başlanğıcı kimi dəyərləndirilir»-deyə, natiq vurğulayıb.

Əli Əhmədov onu da qey edib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi yalnız həmin dövr üçün xarakterik deyildi: «Bu, Azərbaycanın gələcək, müstəqillik dövrünün taraxində də əhəmiyyətli rolunu oynadı. Tarixi paralellər fonunda bu reallığı da xüsusi qeyd etməliyik ki, Heydər Əliyev Azərbaycan öz müstəqiliyinə qovuşduqdan sonra ölkəmizi həmin dövrün faciələrindən qurtarmaq üçün yenə də xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf edtrilməsi Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu. Bunlarla yanaşı, Heydər Əliyevin 1970-ci illərdə Azərbaycanda yaratdığı böyük potensial sonrakı inkişaf üçün möhkəm baza oldu. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirirdi ki, Azərbaycanda müstəqillik, iqtisadi tərəqqi səbəbsiz yerə inkişaf edib möhkəmlənmir, bunun üçün möhkəm baza mövcuddur. Beləliklə, biz müstəqil Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin düzgün siyasəti nəticəsində formalaşdırılmasının şahidi olduq. Bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycana yeni-yeni uğurlar gətirir. Azərbaycanın bu gününü başqa ideoloji prinsiplər əsasında olsa da belə, 1970-ci illərdəki yüksəlişdən, tərəqqidən, milli oyanışdan ayrı təsəvvür etmək mümkün deyildi. Bu gün də Heydər Əliyev siyasəti Azərbaycanda uğurla həyata keçirliir. Bu gün də dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi əsas srateji kursu uğurla həyata keçirir. Əlbəttə ki, zaman günün əsas çağırışlarının həyata keçirilən siyasətdə öz əksini tapmasını bir tələb kimi ortaya qoyur. Bu yeniləşmə, təkmilləşmə dövlətimizin siyasətinin əsas xəttini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycan Heydər Əliyev siyasəti əsasında inkişaf edir, bu siyasətin prinsipləri əsasında yaşayır. Bu prinsiplər əsasında hazırda Azərbaycan uğurlu siyasətini həyata keçirir, bu prinsiplər əsasında Azərbaycan müasir dünyanın ən uğurlu gənc dövlətlərindən birinə çevrilib. Bu prinsiplər əsasında Azərbaycan özünün parlaq və işıqlı gələcəyini təmin edib”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkəmizin çox ciddi problemlərlə üz-üzə qaldığını xatırladıb: “O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və bu qərarlar nəticəsində  Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onlar bu iddialardan bir müddət əl çəkdilər”.

A.Rəhimzadə deyib ki, Ümummilli Lider Heydər Əliyev güclü, iradəli şəxsiyyət və müdrik siyasətçi idi: “Lakin Onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları Onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl O, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı.
Ulu Öndər Heydər Əliyev Özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi.
Heydər Əliyev Öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, Onun qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi.
Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu Onun şəxsiyyəti ilə bağlayırdı.
Ulu öndər Heydər Əliyev nəhəng, uca və midrik şəxsiyyət idi. Lakin O, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız Ona böyük hörmət və məhəbbət bəsləyirdi”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “Keçmiş SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi”. F.Heydərov deyib ki, ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev  yolunu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Onun sözlərinə görə, hələ sovetlər hakimiyyəti dövründə hakimiyyətə gələn Ulu Öndərimiz tnəzzül vəziyyətində olan Azərbaycanı dirçəltdi: “Müstəqillik yolumuz da Ümummilli Lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət  əsasında inkişaf edir.
Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib: “Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur, amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli Liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır.
Çox sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlət, iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir”.

“Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi respublikamızı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi və bu tarix hər bir azərbaycanlı üçün qürur tarixidir. Onun sözlərinə görə, Ulu Öndərin  rəhbərliyi ilə görülən işlər, həyata keçirilən tədbirlər respublikamızın dirçəlişini və inkişafını, eləcə də əhalinin rifahının daha da yaxşılaşmasını təmin etdi, yeni perspektivlər yaratdı: “Bilirsiniz ki, o vaxt SSRİ-nin tərkibində olan ayrı-ayrı respublikaların inkişaf göstəriciləri fərqli idi. Azərbaycan isə 1969-cu ilədək sənaye, kənd təsərrüfatı və digər strateji əhəmiyyətli sahələrdə nailiyyətlər əldə edə bilməmişdi, hətta respublikada ciddi tənəzzül müşahidə edilirdi. Yəni Azərbaycan İttifaq miqyasında sosial-iqtisadi göstəricilərə görə nəinki ön cərgədə qərarlaşa bilməmişdi, hətta olduqca geridə qalmış, sonuncu sıralarda qərarlaşmışdı. Belə olan halda, ayrı-ayrı sahələrin inkişafını və respublikanın tərəqqisini təmin edəcək konkret fəaliyyət planı və real işlər ortaya qoymaq lazım idi. Bunu etmək mümkün idi, çünki respublikamız geniş potensiala malik idi. Məhz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bu məqsədə nail olmaq, yəni Azərbaycanın inkişafı və yüksəlişini təmin etmək mümkün oldu. Təsadüfi deyil ki, qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, digər sahələrdə də çox əhəmiyyətli irəliləyişlər qeydə alındı. Ən əsası, aqrar sektorun inkişafını təmin edən, bu sahədə yeni perspektivlər yaradan mühüm işlər görüldü, əhəmiyyətli nəticələr əldə edildi”.

Onun sözlərinə görə,  Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatının inkişafını da xüsusi diqqət mərkəzində saxlayırdı. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi olub. “Müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı. Aqrar sahədə aparılan islahatlarla paralel olaraq meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən siyasət, aparılan islahatlar gələcək inkişafın fundamental bazasını, etibarlı təməlini yaradıb və bu gün biz bunun nəticələrini bütün sahələrdə aydın görürük. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirir, bu siyasət milli maraqlara, müasir tələblər və çağırışlara cavab verir, yeni müsbət reallıqların yaranmasını şərtləndirir”-deyə, Ə.Əhmədzadə vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin iqtisadi aspektləri haqqında danışıb. Onun sözlərinə görə, sovetlər dönəmində məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Komitə sədri deyib ki, müstəqil Azərbaycanın iqtisadiyyatı da Ulu Öndər Heydər Əliyev müəyyənləşdirdiyi strategiya nəticəsində inkişaf edib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Xüsusilə, 1990-ci illərin əvvəlində Azərbaycanın böhranlı vəziyyətində xalqın Ulu Öndərin hakimiyyətə gəlməsini tələb etdiyini deyən N.İbrahimov o dövrdə digər ziyalılarla birlikdə Ümummilli Lider Heydər Əliyevlə keçirilən görüşləri xatırladıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır.

 

DİGƏR Partiya xəbərləri Arxiv