YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Biz beynəlxalq müstəvidə Dağlıq Qarabağ probleminə təsirli bir münasibət gözləyirik

«Biz beynəlxalq müstəvidə Dağlıq Qarabağ probleminə adekvat, təsirli bir münasibət gözləyirik». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki,  işğalçı Ermənistanı sülhə vadar edilməlidir. Onun sözlərinə görə, müəyyən beynəlxalq təşkilatların qarşısında Ermənistanın bu məsələni sülh yolu ilə həll etmək öhdəliyi var.
 «Amma biz görürük ki, Ermənistan Qarabağ problemini nəinki sülh yolu ilə həll etmək öhdəliyinə əməl etmir, əksinə, hətta, onu açıqcasına kobud şəkildə pozur. Ermənistan ictimai rəyi də, öhdəliklərini də nəzərə almır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, torpaqlarımızın işğal edilməsi faktı aradan qaldırılmalıdır. Eyni zamanda, öz torpaqlarında qaçqın-məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yurdlarına qayıtmaları təmin edilməlidir»- deyə, vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv