YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiyada inteqrasiya təşəbbüslərinin perspektivləri müzakirə ediləcək

Noyabrın 15-16-da Almatıda III Avrasiya Sosial Elmlər Forumu keçiriləcək. Türkiyənin Hacəttəpə Universitetinin, “Manas” Qırğızıstan-Türkiyə Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti nəzdindəki Avrasiya Araşdırmaları İnstitutudur.

Avrasiya qitəsində inteqrasiya təşəbbüslərinin reallaşdırılması perspektivlərinin müzakirəsinə həsr edilən bu forumda Avrasiya İqtisadi İttifaqı qəbilindən olan regional inteqrasiya birliklərinin iştirakçı ölkələrinin gələcək iqtisadi və siyasi inkişafı məsələləri müzakirə olunacaq, digər regional aktorlarla dövlətlərarası qarşılıqlı əlaqələrin problemli məqamları göstəriləcək. Forumda Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Hindistan, ABŞ və Qazaxıstanın elmi-tədqiqat müəssisələrinin ekspertləri və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. Unikal dialoq məkanı olan bu forum çərçivəsində Avrasiyada regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə iş aparılır. Avrasiya Araşdırmaları İnstitutunun fəaliyyəti tarix, din, fəlsəfə, sosiologiya, mədəniyyət, incəsənət, iqtisadiyyat, kommunikasiyalar, turizm, habelə türkdilli dövlətlərin və Avrasiya məkanındakı birliklərin beynəlxalq əlaqələri sahəsində elmi tədqiqat işləri aparılmasına yönəldilib.