YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin Lerik rayonunun “Relax” istirahət mərkəzində təşkil etdiyi "Yay məktəbi"ndə MM-in deputatları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində olan Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunur. 

İstirahət mərkəzində beş gün müddətində YAP-çı gənc fəallar Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminar keçir, fikir mübadiləsi aparırlar. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər.

Çıxış edən deputatlar layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs ediblər. Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Qeyd edilib ki, layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.