YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Bütün dünyanın diqqətində olan mühüm görüşlərin paytaxt Bakıda keçirilməsi Azərbaycana olan yüksək münasibət və inamın əyani ifadəsidir

“Azərbaycan dünyada böyük etimad qazanıb, yüksək nüfuza malik olan və müstəqil siyasət həyata keçirən ölkə kimi tanınır. Respublikamız həm ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı münasibətlərini uğurla inkişaf etdirir, həm də beynəlxalq təşkilatlarda müvəffəqiyyətlə təmsil olunur. Bunun nəticəsidir ki, ölkəmiz dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır,  müsbət imicini daha da möhkəmləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Azərbaycanın əhəmiyyətli qlobal tədbirlərə ev sahibliyi etdiyini, bütün dünyanın diqqətində olan mühüm görüşlərin paytaxt Bakıda keçirildiyini deyən M.Həsənov əlavə edib: “Bu, ölkəmizə olan yüksək münasibət və inamın əyani ifadəsi – real təzahürüdür. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters ilə danışıqlar aparması üçün məkan olaraq Azərbaycan seçildi. Rusiya Silahlı Qüvvələrinin və NATO-nun rəsmiləri Bakıda əvvəllər də görüşüblər və müəyyən məsələlər ətrafında müzakirələr aparıblar”.

“Həm Rusiya, həm də NATO yüksək nüfuza malik olan və dünyada qüdrətli, nüfuzlu dövlət kimi tanınan Azərbaycana etibar edir. Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir, bu istiqamətdə NATO ilə uğurlu əməkdaşlıq edir. Ölkəmiz, həmçinin Rusiya ilə səmərəli əlaqələrə malikdir, ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr olduqca yüksək qiymətləndirilir”,-deyə millət vəkili vurğulayıb.