YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra tədbirdə Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.

Agentliyin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb. O, müstəqil Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açıb. Ü.Mehdiyev qeyd edib ki, zəngin siyasi irsə, təcrübəyə malik olan ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlardan danışıb. O bildirib ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi olan Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət, qayğı göstərilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan polkovnikləri Arif Zeynalov və İbrahim Şirinov Ulu Öndər Heydər Əliyevlə birgə işlədikləri dövrlə bağlı xatirələrini bölüşüblər.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtərəfli inkişafa nail olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb.

Sonra “ASAN Könüllülük” məktəbinin təqdimatı və “ASAN xidmət” mərkəzi ilə tanışlıq həyata keçirilib. Həmçinin “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədilə Sumqayıt regional “ASAN xidmət” mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub.