YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şəmkir rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP)  Şəmkir rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilməsi ilə ölkə tarixinin yeni səhifəsi yazıldı: "Həmin dövrə qədər keçmiş ittifaq miqyasında bütün parametrlərə görə geridə qalan Azərbaycan inkişaf etməyə, dirçəlməyə başladı. Çox qısa zaman kəsiyində Azərbaycan İttifaqın ən yüksək inkişaf göstəricilərinə malik respublikasına çevrildi", - deyən F.Vəliyev daha sonra Ulu Öndərin müstəqillik illərində Azərbaycan dövlətini uçurumdan xilas edərək dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmasından danışıb.

Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, rayon Təhsil idarəsinin müdiri Məcid Şıxlinski, YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü İlhamə İbrahimova, Şəmkir şəhər İƏD üzrə nümayəndə Pərviz İbrahimov, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Düyərli kənd ərazi ilk partiya təşkilatının sədri Aybəniz Nəsibova, Mərkəzi xəstəxana ilk partiya təşkilatının sədri Abdulla Rzayev və digər YAP fəalları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər barədə məlumat veriblər.