YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lerikdə gənclərin sosial şəbəkə təlimi

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində təlim və tədbirlər iyulun 15-də də davam etdirilib.

Günü birinci yarısında icebreaker təşkil olunub.

Sonra “Sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda təlim keçirilib.

Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə məlumat verib.

Sonra təlimin moderatoru YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyov sosial şəbəkələrdən istifadə qaydaları və ictimai rəyə təsiri imkanları barədə ətraflı məlumat verib.

Sonda gənclərin sualları cavablandırılıb.